Di Mariyanın yeni klubu açıqlandı

di-mariyanin-yeni-klubu-aciqlandi
Oxunma sayı: 2626

Argentinalı futbolçu Anhel Di Mariyanın yeni klubu bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, futbolçu karyerasını Portuqaliyada davam etdirəcək.

Belə ki, “Benfika” 2007-2010-cu illərdə Lissabonda çıxış edən argentinalı yarımmüdafiəçinin komandaya qayıtdığını açıqlayıb.

Di Mariya əvvəllər Madrid “Real”ı, “Mançester Yunayted”, PSJ və “Yuventus” kimi komandalarda çıxış edib.