Di Mariyanın yeni klubu açıqlandı

di-mariyanin-yeni-klubu-aciqlandi
Oxunma sayı: 3459

“Benfika” ilə müqaviləsi başa çatan Anxel Di Mariya karyerasını ABŞ-da davam etdirəcək.

“Qafqazinfo” ESPN-ə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu “İnter Mayami” ilə razılaşıb.

Argentinalı yarımmüdafiəçinin transferinin yaxın günlərdə açıqlanacağı bildirilir.

Qeyd edək ki, “İnter Mayami”də Di Mariyanın dostu və Argentina millisində komanda yoldaşı olan Lionel Messi də çıxış edir.