Dializ xəstələri sərt karantində bu nömrəyə zəng edə bilər - Video

dializ-xesteleri-sert-karantinde-bu-nomreye-zeng-ede-biler
Oxunma sayı: 1923

“Ötən həftə kimlərə icazə verilibsə, onlar bu həftə üçün müddəti uzada biləcəklər”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu “ASAN Xidmət”in sədri Ülvi Mehdiyev deyib. 

O bildirib ki, artıq 210 minə yaxın şəxs üçün icazə alınıb: “Fəaliyyətinə icazə verilən qurumlar maksimum daha az əməkdaşı qeydiyyatdan keçirməlidirlər. Dializ xəstələri sərtləşdirilmiş karantin günlərində 108 xidmətinə zəng edərək məlumat verəcəklər. “ASAN Xidmət” könüllüləri və nəqliyyat vasitələri ilə xəstəxanaya çatdırılacaq. TƏBİB-in verdiyi siyahıya görə, sərt karantin rejimi tətbiq edilən ərazilərdə 972 dializ xəstəsi var”. 

Murad Əhməd