"Biz uzunmüddətli və layiqli razılığın əldə olunması üçün Azərbaycan və Ermənistanın birgə fəaliyyətini dəstəkləyirik".
"Qafqazinfo" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken tviterdə paylaşıb.
"Bu həftə Xarici İşlər üzrə Milli Təlim Mərkəzində xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla sülh danışıqları aparırıq. Dialoq davamlı sülhün açarıdır", - deyə Blinken yazıb.
Qeyd edək ki, danışıqlar iyunun 29-dək davam edəcək.
Son xəbərlər
Son Xəbərlər