“Diamond Princess”in daha bir sərnişini öldü

diamond-princessin-daha-bir-sernisini-oldu
Oxunma sayı: 1704

Yaponiyada koronavirusun yayıldığı “Diamond Princess” kruiz laynerinin daha bir sərnişini dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “NHK” telekanalı xəbər verib.

Bununla da, gəminin sərnişin və ekipaj heyəti arasında ölənlərin sayı 4-ə çatıb. Ölən şəxsin milliyəti və cinsi dəqiqləşdirilmir, onun 80-dən çox yaşı olduğu deyilir.

Ümumilikdə Yaponiyada 851 nəfər ölümcül virusa yoluxub. Onlardan 691-i “Diamond Princess” kruiz laynerinin sərnişin və ekipaj üzvləridir. 30-dan çox insan ağır vəziyyətdədir.