Diana 3-cü oldu, finala vəsiqə qazandı

diana-3-cu-oldu-finala-vesiqe-qazandi
Oxunma sayı: 2166

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışda 6-12-ci yerlər uğrunda mübarizəyə qoşulub.

Dımçenko C/D yarımfinalında altı iştirakçı arasında üçüncü olub. Məsafəni 7 dəqiqə 59,23 saniyəyə qət edən avarçəkən C finalına vəsiqə qazanıb.

Olimpiada avqustun 11-də başa çatacaq.