Diana səhnəyə neçənci çıxacaq?

diana-sehneye-necenci-cixacaq
Oxunma sayı: 773

Bu gün Kiyevdə 62-cı “Eurovision” mahnı müsabiqəsi ilə bağlı  püşkatma mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Dihajın (Diana Hacıyeva) 8-ci sırada çıxış edəcəyi məlum olub. 

O, mayın 9-da səhnəyə çıxacaq, 1-ci yarımfinalda “Skeletons” adlı mahnını səsləndirəcək. 

Müsabiqə iştirakçılarının yarımfinallarda hansı hissədə çıxış edəcəkləri müsabiqə prodüserləri  tərəfindən 2013-cü ildən bəri istifadə olunan format ilə müəyyənləşdirilib.