Diananı 1 milyon insan izlədi - Video

dianani-1-milyon-insan-izledi
Oxunma sayı: 869

Diana Hacıyevanın “Skeletons” mahnısını 1 milyondan çox insan izləyib. 

“Qafqazinfo” xəbər verir ki, “Eurovision” təmsilçimizin mahnısı və klipi müsabiqənin rəsmi “Youtube” səhifəsində 16 mindən çox dinləyici tərəfindən bəyənilib. 

Ötən gün isə “Skeletons”a baxanların sayı 1 milyonu keçib. 

Xatırladaq ki, Dihaj 9 mayda 8-ci nömrə altında səhnəyə çıxacaq.