Sasseks hersoqu Harrinin həyat yoldaşı Meqan Markl mərhum qaynanası şahzadə Diananın zinət əşyalarını taxaraq ictimaiyyət qarşısına çıxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Belə ki, Meqan “Girls Inc” qeyri-kommersiya təşkilatlarının təşkil etdiyi xeyriyyə tədbirinə qatılıb. O, tədbirə mavi köynək, ağ şalvar və qəhvəyi sivri burunlu ayaqqabı geyinib. Meqan zinət əşyası kimi isə şahzadə Diananın qolbağını və qızılı “Cartier Tank Française” saatını taxıb.