Diaqnostik qiymətləndirmə imtahanları nə vaxt keçiriləcək?

diaqnostik-qiymetlendirme-imtahanlari-ne-vaxt-kecirilecek
Oxunma sayı: 3465

Diaqnostik qiymətləndirmə imtahanları may ayının 20-dən sonra keçiriləcək.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə məlumatı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə verib. O bildirib ki, diaqnostik qiymətləndirmədə iştirak üçün sənəd qəbulunun bu gün son günüdür:

“Hazırda 20 minə qədər insanın elektron ərizəsi qəbul edilib. Sadəcə, ərizə çox olduğu üçün onların araşdırılması başa çatmayıb. Ona görə də, diaqnostik qiymətləndirmə imtahanlarının vaxtını dəqiq demək mümkün deyil. Ancaq onu deyə bilərəm ki, imtahanlar mayın 20-dən sonra olacaq”.