Diasporla İş Üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, diaspor rəhbəri millətlərarası sülh və anlaşmanın təmin olunmasında göstərdiyi ictimai fəaliyyətinə, Beynəlxalq əməkdaşlığın və Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan arasında dostluğun inkişafına verdiyi töhfələrə görə mükafatlandırılıb.
Həştərxan vilayət Dumasının sədri Aleksandr Klıkanov mükafatın təqdimat mərasimində Ədalət Hüseynovun Həştərxanla Azərbaycan arasında qarşılıqlı dostluq münasibətlərinin inkişafında və möhkəmləsində vacib rolunun olduğunu deyib. Dumanın sədri Həştərxan şəhərinin fəxri vətəndaşı Ədalət Hüseynovun yerli əhali, hökumət nümayəndələri arasında böyük nüfuza malik olduğunu da vurğulayıb.
Diaspor rəhbərinin eyni zamanda Həştərxanda yaşayan azərbaycanlı gənclər və tələbələr arasında tərbiyəvi işin aparılması istiqamətində müstəsna xidmətləri də xüsusi qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər