Diaspora liderinə 60 min “atıblar”

diaspora-liderine-60-min-atiblar
Oxunma sayı: 1290

Azərbaycan diasporasının Rusiyadakı liderlərindən biri dələduzluğa məruz qalıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Avropa Azərbaycanlıları Konqresinin və Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Şahin Şıxlınski bu barədə Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edərək məlumat verib.

Şahin Şıxlınski bildirib ki, 2013-cü ilin iyun ayında Türkiyə vətəndaşı 1978-ci il təvəllüdlü Emin Gül onun etibarından sui-istifadə edərək 60 000 ABŞ dolları alıb qaytarmayıb. Araşdırma aparılır.

Murad Əhməd