Diasporla İş üzrə Dövlət Komitəsində Heydər Əliyevin anım günü keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsində Heydər Əliyevin anım günü keçirilib
Oxunma sayı: 1157

Diasporla İş üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdən əvvəl Komitənin kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarlarını ziyarət edib, ehtiramla yad ediblər.

Komitədə keçirilən tədbirdə çıxış edən Komitə sədri Fuad Muradov ulu öndərin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycanın qurulması və möhkəmlənməsində, eyni zamanda Azərbaycan diasporunun formalaşmasındakı əvəzsiz xidmətlərindən danışıb. O bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövrdə ölkəmizin iqtisadi tərəqqisi yüksək həddə çatıb, Azərbaycan keçmiş ittifaq miqyasında nüfuz qazanıb, beynəlxalq səviyyədə tanınıb.

Komitə sədri Heydər Əliyev strategiyasının hazırda da uğurla davam etdirildiyini qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mili mədəni irsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlıların mütəşəkkil təşkilatlanması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mütəmadi tədbirlər görülür. 

“Qarabağ” adlı Azərbaycan məktəblərinin fəaliyyətə başlaması müasir diaspor siyasətinin uğurları kimi dəyərləndirilə bilər. Bütün bunlar bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın hazırda da uğurla davam etdirildiyini göstərir.

Sonda ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi