Dibala və sevgilisi yenidən koronavirusa yoluxdu

dibala-ve-sevgilisi-yeniden-koronavirusa-yoluxdu
Oxunma sayı: 6087

Argentina millisinin və "Yuventus"un futbolçusu Paulo Dibala yenidən karantinə alınıb.

"Qafqazinfo" xəbər verir ki, onunla yanaşı, sevgilisi Oriana Sabatini də növbəti dəfə xəstəxanaya yerləşdirilib.

Buna cütlüyün koronavirus testinin pozitiv çıxması səbəb olub.

Qeyd edək ki, cütlük martın 21-də koronavirusa yoluxduqları üçün xəstəxanaya yerləşdirilmişdi. Onların 3 gün əvvəl tam sağaldıqları bildirilsə də, növbəti testin cavabı müsbət çıxıb.