Dibalada 4-cü dəfə koronavirus aşkarlandı

dibalada-4-cu-defe-koronavirus-askarlandi
Oxunma sayı: 2660

“Yuventus”un futbolçusu Paulo Dibalada növbəti dəfə koronavirus tapılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Football İtalia” nəşri məlumat yayıb. 

27 yaşlı argentinalı oyunçunun 6 həftə ərzində 4-cü dəfə testi müsbət çıxıb. 

O, məşqlər zamanı  nəfəs darlığı hiss etdiyi üçün müayinədən keçib və koronavirusa yoluxduğu aşkarlanıb. 

Xatırladaq ki, Dibalanın testləri bundan öncə 3 dəfə müsbət çıxmış və argentinalı futbolçu hər 3 dəfə də xəstəlikdən yaxa qurtarmağı bacarmışdı. 

Qeyd edək ki, Dibala ilə yanaşı sevgilisi də 2 dəfə koronavirusa yoluxub.