Dicey Çina maşınını kimsəsiz uşaqlar evinə bağışlayır

dicey-cina-masinini-kimsesiz-usaqlar-evine-bagislayir
Oxunma sayı: 5270


“Qafqazinfo” xəbər verir ki, Axşam.az-ın əməkdaşı ilə söhbətində Çina qazandığı avtomobilin aqibətindən danışıb. O, maşını idarə etmək niyyətində olmadığını, satmaq istədiyini deyib:

“Mənim üçün önəmlisi qalib olmaq idi və buna da nail oldum. Maşında gözüm yoxdur. Qərar vermişəm ki, avtomobilin dəyəri müqabilində pulu kimsəsiz uşaqlar və yaxud qocalar evinə bağışlayım. Bu səbəbdən maşını satıram. Amma şirkət tərəfindən qoyulan qaydaya görə, bir neçə il onu satmaq hüququm yoxdur. Hüseynə (klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu – red.) bir təklif vermişəm. O, bu avtomobili çox arzulayırdı. Mən də dedim ki, maşının pulunu ödəsin bağışlayım ona. Hazırda maşın həyətimdədir. Onu sürmək fikrim yoxdur. 17 insanın həmin avtomobildə gözü var. Heç kimə isə pulsuz hədiyyə etməyi düşünmürəm. Çünki çətinliklə qazanmışam,  yuxusuz gecələrim olub”. 

Şoudan sonra həyatında çox dəyişikliklərin olduğunu deyən Çina dostlarının sayının azaldığını da etiraf edib: 

“Həyatımda bir çox şey dəyişdi. İnsanları başqa yöndən tanıdım. Əvvəl yüz dostum var idisə, indi 50 oldu. Sosial şəbəkədə rəylər yazılır, uduzan iştirakçıların tərəfini tuturlar. Burada bir qalib olmalı idi, o da mənim qismətim imiş. Həyatda tək məqsədim birinci olmaq olub. Çox şükür ki, hər zaman buna nail ola bilirəm. Yarışmada bir çox maraqlı məqamlar yaşandı. İlk çıxan da, qalib olan da Çingiz Mustafayev oldu. 13 rəqəmi mənə düşərlidir. 2013-cü ildə, dekabrın 31-də, 31 yaşımda avtomobil qazandım. 31-in tərsi isə 13 olur”.