“Difai” üç xalı darmadağınla qazandı

difai-uc-xali-darmadaginla-qazandi
Oxunma sayı: 2256

Bu gün I Liqada 17-ci tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, son oyun günündə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) dəstəyi ilə yaradılan “Difai” Şamaxıda “İrəvan”la münasibətlərinə aydınlıq gətirib.

Oyun “Difai”nin böyükhesablı qələbəsi ilə başa çatıb - 5:0.

Ağsu təmsilçisindən İlham Allahverdiyev het-trik edib, Bayraməli Qurbanovla Kristian Kamta isə hərəyə bir dəfə fərqləniblər.