Dilan Polat Psixiatriya Xəstəxanasına göndərilir

dilan-polat-psixiatriya-xestexanasina-gonderilir
Oxunma sayı: 3680

7 aydır həbsdə olan türkiyəli sosial media fenomeni Dilan Polatın 3 ay müddətinə Bakırköy Psixiatriya Xəstəxanasına yerləşdirilməsinə qərar verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Bildirilib ki, Polat müalicəsindən sonra həbsxanaya qayıdacaq.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. Bundan sonra bir çox məşhur fenomenlər də eyni əməliyyat çərçivəsində saxlanılıb. Onların əmlakları müsadirə olunmaqla yanaşı avtomobilləri də bəyaz rəngə boyanaraq polis maşınları kimi istifadə olunmağa başlayıb. Cütlük Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Onların iki övladı var.