Dilarə bu çıxışına görə ermənilərin virtual hücumuna məruz qaldı - Video

dilare-bu-cixisina-gore-ermenilerin-virtual-hucumuna-meruz-qaldi
Oxunma sayı: 22154

Azərbaycanı 2014-cü ildə “Eurovision” beynəlxalq mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımova sosial şəbəkələrdə ermənilərin virtual hücumuna məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb gənc ifaçının Azərbaycanın Ermənistan ordusu tərəfindən hücuma məruz qalması və Dağlıq Qarabağ həqiqətləri barədə videoçıxışını instaqramda paylaşması olub.

Sənətçinin ingilis dilində sözügedən çıxışı qısa müddət ərzində instaqram və feysbuk səhifələrində paylaşılıb, hekayələrdə “repost” edilib.

Bu gündən etibarən Dilarənin mesaj qutusuna ermənilər tərəfindən təhqirlər yazılıb, paylaşımda qeyri-etik rəylər qeyd olunub.  

Eyni zamanda ifaçının rəsmi hesabı şikayətlərə məruz qalıb. O, hesabının bloklanmaması üçün çıxışının daha çox paylaşılmasını xahiş edib.