Dilarə estetikdən niyə qorxur?

dilare-estetikden-niye-qorxur
Oxunma sayı: 2247

Müğənni Dilarə Kazımova plastik əməliyyat etdirməməsinin səbəbini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, tanınmış ifaçı sosial şəbəkədə status yazaraq heç bir cərrahi müdaxiləyə ehtiyacının olmadığını vurğulayıb.

O, burun və digər bədən üzvlərini estetik etdirdiyi halda, fəsadlarla üzləşməsindən ehtiyat etdiyini qeyd edib: “Mənə tez-tez sual verirlər ki, estetik əməliyyat keçirmisiz? Cavabım budur ki, xeyr! Bunun səbəbləri var. Birincisi, mən əməliyyatdan ehtiyyat edirəm. Bunu müəyyən faktlara əsaslanıb deyirəm.

İkincisi, mən özümü olduğum kimi sevirəm. Ancaq üzərimdə işləməyə də davam edirəm. Məqsədim bu gün dünənkindən daha yaxşı olmaqdır.  Sizə isə kiçik məsləhətim odur ki, özünüzü sevin. Hər cərrahi, estetik müdaxilə bir fəsada çevrilə bilər. Sadəcə üzərinizdə çalışın. İdeal olmaq bizim öz əlimizdədir. Biz heç nədən sığortalı deyilik. İllər keçər, bəlkə mənim də estetik əməliyyata ehtiyacım olar. O zaman düşünərəm və məni narahat edən məqamdan azad olaram”.