Dilarə Seyidzadə gənclərlə görüşdü

dilare-seyidzade-genclerle-gorusdu
Oxunma sayı: 2784

Dekabrın 13-də Cəlilabad və Masallı rayonlarının Gənclərin İnkişaf və Karyera Mərkəzlərində birinci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadənin gənclərlə “Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüşü baş tutub.

"Qafqazinfo" xəbər verir ki, görüş Heydər Əliyevin abidəsinə ziyarət və Ulu öndərə həsr olunmuş muzey-eskpozisiya zalında gəzinti ilə başlanıb. Gəzinti əsnasında Dilarə Seyidzadə Ulu öndərlə bağlı xatirələrini gənclərlə bölüşüb.

Gənclərin “Dövlətçilik və vətəndaşlıq məsuliyyəti” dedikdə gənclər nə başa düşür?” mövzusunda çıxışlarından sonra söz fəxri qonağa verilib. Dilarə xanım çıxışı zamanı qeyd edib ki, Heydər Əliyev hələ 1969-cu ildə ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlişi zamanı Azərbaycanın müstəqilliyini öncədən görürdü və onun bütün siyasəti məhz bu istiqamətdə yönləndirilmişdi. İqtisadi qüdrətin artırılmasını, hərbi hazırlığa ciddi diqqət yetirilməsini, bu yöndə C. Naxçıvanski adına Hərbi məktəbin yaradılmasını və yerli hərbi kadrların yetişdirilməsi məsələsinə ayrılan diqqəti xüsusilə qeyd etmək lazımdır. Sadalanan və görülən işləri Ulu Öndər öncədən gördüyü ölkə müstəqilliyi uğrunda edirdi.

Qeyd edək ki, GİKM-in ölkəmizin şəhər və rayonlarındakı nümayəndəliklərində tez-tez tanınmış ictimai və siyasi xadimlərlə gənclərin görüşləri təşkil edilir. Məqsəd gənclərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini daha da dərindən mənimsəməsi işinə töhfə vermək, onların inkişafı və karyera seçimlərini dəstəkləməkdir.