Müğənni Dilarə Kazımova son günlər eyni libasdan bir neçə böyük konsert proqramlarında istifadə etməsi ilə müzakirə mövzusuna çevrilib. “Qafqazinfo” xəbər verir ki, sənətçinin birinci dəfə 2018-ci ilin noyabrında “Azərbaycan” adlı klipində geyindiyi qırmızı yarıqlı paltarına dəfələrlə müraciət etməsi tənqid olunub.
Hətta o, şənbə günü “Jara” festivalından əvvəl təşkil olunan “pre-party”də həmin libasda görüntülənib. Sənətçi bundan bir həftə əvvəl isə Bakı Konqress Mərkəzində məzunlar üçün təşkil olunan gecədə də o geyimdə şou göstərib.
.jpg)
D. Kazımova toy, klub və digər açılış mərasimlərinə də dəfələrlə bu paltarda qatılıb. Dilarə müzakirə olunan geyimi barədə açıqlama verib.
O, “Qafqazinfo”ya danışarkən tənqidlərdən xəbərdar olduğunu deyib:
“Bir paltarım yoxdur. Evdə geyimlərimi qoyacaq yerim yoxdur. “Azərbaycan” layihəsində bu obrazdan istifadə etmişdik. Şou, obraz kimi üzərimdə daşıyıram. Amma o qədər deyirlər ki, qırmızı libasını dəyiş! Dəyişdirəcəm, amma yenə rəng qırmızı olacaq. Özüm hiss edirəm ki, yenilik lazımdır”.




Son xəbərlər
Son Xəbərlər