“Eurovision” təmsilçimiz Dilarə Kazımova Buro 24/7 saytının “Qarderob” layihəsinin qonağı olub.
“Qafqazinfo”nun məlumatına görə, müğənninin qarderobunda baş örtüklərinə və günəş eynəklərinə böyük yer ayrılıb.
Dilarə etiraf edir ki, hər xarici səfərdən sonra onun eynək kolleksiyası yenilənir. Səhnə obrazları üçün ifaçı müəyyən günəş eynəkləri modelini seçir.
Müğənninin sözlərinə görə, asudə vaxtlarında yeni model Vespa motosikletində gəzməyi sevir. Belə nəqliyyat növündə gəzinti üçün o, hamar altlıqlı ayaqqabıya üstünlük verir.
Səhnə kostyumlarına gəlincə, Dilarə hündür dabanlı ayaqqabılara və müxtəlif uzunluqda olan geyimlərə üstünlük verir. İfaçını qara rəngdə görməyə öyrəşsək də, onun qarderobunda həm də parlaq obrazlar yer alır.







Son xəbərlər
Son Xəbərlər