Dilavər Əzimli süni tənəffüs aparatına qoşulub

dilaver-ezimli-suni-teneffus-aparatina-qosulub
Oxunma sayı: 2994

Tanınmış tarixçi alim Dilavər Əzimli koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, yaxınlarının sosial şəbəkələrdə yaydığı məlumata görə, alimin vəziyyəti kritikdir. Hazırda FHN-nin Zığdakı modul tipli xəstəxanasında müalicə alan D. Əzimli süni tənəffüs aparatına qoşulub. 

Qeyd edək ki, D. Əzimli 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışır. Tarix üzrə fəlsəfə doktoru, "SİEPO"-nun üzvü, "Dünya Uyğarlığı içərisində Türk uyğarlığı" beynəlxalq türk qurumunun İdarə Heyətinin Azərbaycan təmsilçisi, "Bütöv Azərbaycan Ocaqları" Mərkəzi Şurasının üzvüdür.