“Dilənçilərə günə 3 dəfə dövlət hesabına yemək verilsin”

dilencilere-gune-3-defe-dovlet-hesabina-yemek-verilsin
Oxunma sayı: 1262

“Koronavirus dövrü yumşalan kimi dilənçilər küçələrə çıxıb. Təklif edirəm ki, onlar üçün sığınacaq yaradaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxış edərkən deyib. O, dilənçilərə günə 3 dəfə dövlət hesabına yemək verməyi təklif edib: “Dilənçilikdən imtina edənləri bu sığınacaqdan buraxmaq lazımdır. İndi hansı küçəyə gedirsən, hər yerdə dilənçiləri görürsən. Bu formada onları küçədən yığışdırmaq və islah etmək mümkündür”.

Günel Türksoy