Dilmanc online lüğətinə yeni imkanlar əlavə edildi

dilmanc-online-lugetine-yeni-imkanlar-elave-edildi-
Oxunma sayı: 1510

“Qafqazinfo”nun məlumatına görə, yeni yaradılmış alqoritmlər vasitəsilə gerçəkləşdirilmiş bu funksiyalar: 1) söz-formanı lüğətə daxil etdikdə tərcümə istiqamətini avtomatik müəyyən etməyə və 2) istənilən söz birləşməsini (hətta bütöv cümləni də) sözbəsöz tərcümə etməyə imkan verir. Bundan əlavə, lüğətin söz bazaları da yenilənib.

Qeyd edək ki, Dilmanc online lüğətinin Rus-Azərbaycan və İngilis-Azərbaycan tərcümə modulları bu ilin əvvəlində istifadəyə verilib. Başqa elektron lüğətlərdən fərqli olaraq bu lüğətlər vasitəsilə yalnız sözlərin köklərini deyil, həm də söz-formaları tərcümə etmək mümkündür. Lüğətlərin təkmilləşdirilməsi və yeni tərcümə istiqamətlərinin yaradılması üzrə işlər davam etdirilir.