DİM-də psixoloji xidmət fəaliyyətə başlayıb

dim-de-psixoloji-xidmet-fealiyyete-baslayib
Oxunma sayı: 740

Dövlət İmtahan Mərkəzi imtahan verənlərə dəstək vermək məqsədilə yeni layihəyə start verib. 

“Qafqazinfo” xəbər verir ki, layihə çərçivəsində psixoloji maarifləndirmə və dəstək xidməti verilir. İmtahanlarda iştirak edənlər imtahanlardan əvvəl, hazırlıq prosesində və imtahanlardan sonra 1653 qaynar xəttə zəng vuraraq 2 düyməsini basmaqla psixoloqlarla əlaqə yaradıb onlarla psixoloji xarakterli söhbətlər edə, öz qayğılarını paylaşa, eləcə də stressin və kənar təzyiqlərin idarə olunması, məqsədlərin aydınlaşdırılması və digər mövzularda məsləhətlər ala bilərlər.

Xidmət həftə içi hər gün saat 09:30-dan 17:30-a qədər fəaliyyət göstərir.