DİM imtahan keçirəcək

dim-imtahan-kecirecek
Oxunma sayı: 3147

Dövlət İmtahan Mərkəzi tərəfindən 27 oktyabrda dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, imtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 412, BB qrupu üzrə 1438, ümumilikdə isə 1850 namizəd qeydiyyatdan keçib.

Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. 

Ətraflı məlumatı həmin saytdan əldə edə bilərsiz.