DİM imtahan qeydiyyatını elan etdi

dim-imtahan-qeydiyyatini-elan-etdi
Oxunma sayı: 1930

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib. 

"Qafqazinfo" xəbər verir ki, 27 yanvarda dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

İmtahan kompüter vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası). İmtahana qeydiyyat 25 yanvar saat 17:00-dək davam edəcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. 

Əlavə məlumat üçün bu linkə daxil ola bilərsiz: http://www.tqdk.gov.az/news/2847/