“DİM pandemiyada 2 növ elektron imtahan hazırlayıb”

“DİM pandemiyada 2 növ elektron imtahan hazırlayıb”
Oxunma sayı: 1106

“DİM-in keçirdiyi elektron imtahanlarda yüz minlərlə gənc iştirak edib. Bu, hər kəsin öz-özünü qiymətləndirmək üçün bir vasitədir. Real imtahanların hüquqi nəticəsi də olur, ali və orta ixtisas məktəblərinə qəbul olurlar, elektron imtahanlar isə öz-özünü yoxlamaq üçündür. Gənclər bundan istifadə edirlər və çox fayda görürlər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanda fərqlənmiş nəzarətçi və imtahan rəhbərlərilə keçirdiyi onlayn görüş zamanı bildirib.

M. Abbaszadə həmçinin qeyd edib ki, elektron imtahanların hüquqi nəticəsinin olması üçün bir çox problemlər ortaya çıxarır. DİM pandemiya şəraitində 2 platforma əsasında 2 növ elektron imtahan hazırlayıb: “İmtahan verən hər 10 şəxsi 1 nəfər izləyir. Belə platformalarda çalışacaq yeni növ nəzarətçi müəllimlər üçün təlimlər keçiriləcək. Gələcəkdə bu sahədə işləmək istəyənlər procter olmaq üçün təlimlərdə iştirak edə bilər”.

Gülnar Əliyeva