DİM qayda pozan 188 nəzarətçini bazadan xaric edib

DİM qayda pozan 188 nəzarətçini bazadan xaric edib
Oxunma sayı: 586

“Ötən il ərzində 188 nəzarətçi bazadan xaric edilib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanda fərqlənmiş nəzarətçi və imtahan rəhbərləriylə keçirdiyi onlayn görüş zamanı bildirib. 

O qeyd edib ki, nümunəvi fəaliyyətinə görə təşəkkür elan edilən nəzarətçilərlə yanaşı, köçürməyə və digər qayda pozuntularına yol verən, cəlb edildiyi imtahanlara üzrlü səbəb olmadan gəlməyən nəzarətçilərlə də bağlı tədbir görülüb. 

Bu səbəblərə görə 188 nəzarətçi bazadan xaric edilib və onlar haqqında məlumatlar müvafiq qurumlara göndərilib.

Gülnar Əliyeva