Dimitri Nazarovun baş məşqçisi Bundesliqa klubunda

dimitri-nazarovun-bas-mesqcisi-bundesliqa-klubunda
Oxunma sayı: 690

Almaniya Bundesliqasında mübarizə aparan “İnqolştadt” klubu baş məşqçisi Ralf Hasenhütlla yollarını ayırıb.

Qafqazinfo” xəbər verir ki, Bundesliqa klubunun yeni çalışdırıcısı müəyyənləşib. Klubun rəsmi saytında yer alan məlumata görə, “Karlsrue”nin baş məşqçisi Markuş Kauçjinzski “İnqolştadt”la iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, millimizin futbolçusu Dmitri Nazarov “Karlsrue”də çıxış edir.