DİN 24 yaşlı gəncin yandırılması ilə bağlı məlumat yaydı

din-24-yasli-gencin-yandirilmasi-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 2973

Daxili İşlər Nazirliyi Bərdə rayonunda baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

Qafqazinfo” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 7-də Bərdə rayonunun Piyadalar kəndində naməlum şəxs kənd sakini Salman Bayramova baş nahiyəsindən küt alətlə xəsarət yetirmiş, onu və yaxınlıqda dayanmış ona məxsus “VAZ-2107” markalı avtomobili benzinlə yandırıb.

Xəstəxanaya yerləşdirilmiş S.Bayramovun vəziyyəti ağırdır.

Faktla əlaqədar cinayət işi başlanıb.