DİN 3 nəfərin öldüyü “Lexus” qəzası haqda məlumat yayıb

din-3-neferin-olduyu-lexus-qezasi-haqda-melumat-yayib
Oxunma sayı: 2780

Daxili İşlər Nazirliyi Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi haqda məlumat yayıb. 

“Qafqazinfo” xəbər verir ki, məlumata əsasən, qəza yanvarın 27-də saat 21 radələrində qeydə alınıb. 

Şiştəpə kəndi ərazisində kənd sakini Ramin Əmiraslanov idarə etdiyi “Lexus” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişinləri olan qohumları Habil və Şahin Əmiraslanovlar hadisə yerində ölüblər.