DİN bu avtomobillərini satışa çıxarıb - Qiymətləri

din-bu-avtomobillerini-satisa-cixarib
Oxunma sayı: 5451

Əmlak Məsələləri Dövlət Komitəsi Daxili İşlər Nazirliyinin avtomobillərini hərraca çıxarıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, fevralın 12-də keçiriləcək hərracda nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin balansında olan 12 avtomobil auksiona çıxarılacaq.

Hərraca 5 ədəd BMW-320, 4 ədəd “Fiat Doblo” və hərəsi bir ədəd olmaqla “Fiat Kombi Aktiv”, QAZ-3110 və “Volksvagen Passat” avtomobilləri təqdim edilib.

“BMW-320”nin start qiyməti 5100 manatdan, “Fiat”lar 4500 manatdan, “Passat” 4 min manatdan, QAZ-3110 isə 2 min manatdan başlayır.