DİN-də işləmək istəyirsizsə, bu xəbəri oxuyun

din-de-islemek-isteyirsizse-bu-xeberi-oxuyun
Oxunma sayı: 2428


"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, Ağsu, Ağdaş, Göyçay, İsmayıllı, Kürdəmir, Mingəçevir, Şamaxı, Ucar və Yevlax rayon sakinləri 26 aprel 2014-cü il tarixdə saat 10.00-da Göyçay Rayon Polis Şöbəsində Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən qəbul ediləcək.

Qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.