“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, Sabunçu rayonunun Nardaran qəsəbəsində Bakı şəhər sakinləri Fəqan Umudovun idarə etdiyi “Range Rover” və Ağabala Hüseynovun idarə etdiyi “ZAZ” markalı avtomobillər toqquşub. “ZAZ” markalı avtomobildə yanğın baş verib, habelə idarəetməni itirən F.Umudovun avtomobili paytaxt sakinləri İsgəndər Qasımovun idarə etdiyi “Lexus” və Vahid Mövsümovun idarə etdiyi “Daewoo” markalı avtomobillərə çırpılıb. Nəticədə A.Hüseynov və sərnişinlərindən nəvəsi Hüseyn Hüseynli hadisə yerindəcə ölüb, digər sərnişinlər isə xəstəxanaya yerləşdirilib.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər