DİN də qəza ilə bağlı açıqlama yaydı

din-de-qeza-ile-bagli-aciqlama-yaydi
Oxunma sayı: 2120

Daxili İşlər Nazirliyi “Evrascon” şirkətinin əməkdaşlarının düşdüyü qəza ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, məlumatda qeyd edilib ki, sentyabrın 19-da saat 20 radələrində Salyan rayonunun Sarvan kəndi ərazisində Saatlı rayon sakini Babək Hüseynovun idarə etdiyi “VAZ-2106” və Cəlilabad rayon sakini Zakir Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. 

Nəticədə B.Hüseynovun sərnişinləri - Salyan rayon sakinləri Arzu Əhmədova, Gilas Əhmədova, Sevinc Baxşıyeva və Vəfa Əhmədova hadisə yerində ölüb, özü, habelə Z.Əliyev və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.         

Salyan RPŞ tərəfindən araşdırma aparılır.