DİN-də struktur dəyişikliyi - Yeni rəis təyinatı

din-de-struktur-deyisikliyi
Oxunma sayı: 9239

Daxili İşlər Nazirliyinin strukturunda dəyişiklik baş verib. 

"Qafqazinfo" avtosfer.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsi DYP-dən ayrılıb. Şöbə bundan sonra Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin tabeliyində olacaq. DYP-dən ayrılan şöbə bundan sonra DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin bilavasitə tabeliyində olan Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsi adlanacaq. Məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev təsdiqləyib.

***

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsinə yeni rəis təyin edilib. Lent.az-ın məlumatına görə, Xətai rayon Polis İdarəsi İstintaq Şöbəsinin rəisi Vüqar Əhədov BDYPİ-də şöbə rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, BDYPİ-nin İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Hikmət Kərimov mayın 3-də sərəncama göndərilib.

Afn.az saytında H.Kərimovun bir vaxtlar mühacir həyatı yaşaması barədə məlumat yayıldıqdan sonra onun barəsində xidməti araşdırmanın aparıldığı bildirilir.