DİN-dən 2 sürücünün öldüyü qəza haqda - Məlumat

din-den-2-surucunun-olduyu-qeza-haqda
Oxunma sayı: 2008

Daxili İşlər Nazirliyi İmişli rayonunda baş verən qəza ilə bağlı açıqlama yayıb.

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, hadisə aprelin 23-də saat 18 radələrində İmişli rayonunun Xəlfəli kəndində baş verib.

Rayon sakini Rabil Musayevin idarə etdiyi “Mercedes” və Beyləqan rayon sakini Məhəmməd Vəliyevin idarə etdiyi “Ford-Transit” markalı avtomobillər toqquşub. Nəticədə hər 2 sürücü hadisə yerində ölüb, M.Vəliyevin 3 sərnişini xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.

Murad Əhməd