DİN-dən 3 nəfərin öldüyü qəza haqda açıqlama

din-den-3-neferin-olduyu-qeza-haqda-aciqlama
Oxunma sayı: 4239

Lerik rayonunun Bürsülüm kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza iyulun 2-də saat 8 radələrində qeydə alınıb. 

Ləkər kənd sakini Habil Əzimov idarə etdiyi “UAZ” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü, sərnişinlərindən Təyyar Əliyev və Elnarə İbrahimova hadisə yerində ölüb, xəsarət almış digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Lerik RPŞ tərəfindən araşdırma aparılır.