DİN-dən Aslan Hüseynovun ölümü ilə bağlı açıqlama

din-den-aslan-huseynovun-olumu-ile-bagli-aciqlama
Oxunma sayı: 4940

Daxili İşlər Nazirliyi müğənni Aslan Hüseynovun ölümü ilə bağlı məlumat yayıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, mayın 4-də saat 5 radələrində Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhər sakini Aslan Hüseynov idarə etdiyi “BMW” markalı avtomobili qarşıda gedən paytaxt sakini G.Bəşirovun idarə etdiyi “KamAZ” markalı yük avtomobilinə vurub.

Nəticədə A.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.