DİN-dən Bakıda küçədə yatan uşaqlarla bağlı - Açıqlama+Yenilənib

DİN-dən Bakıda küçədə yatan uşaqlarla bağlı
Oxunma sayı: 6063

Müğənni Elmira Ələkbərzadə Bakıda küçədə yatan iki yeniyetmənin görüntülərini yayıb.

“Qafqazinfo” xəbər verir ki, sənətçi görüntüləri Nəsimi rayonu, Səməd Vurğun küçəsində lentə aldığını bildirib və küçədə gecələyən yeniyetmələrə köməklik göstərilməsini xahiş edib. O, sosial şəbəkə vasitəsilə uşaq sığınacaqlarına müraciət edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev saytımızın sorğusuna cavab olaraq bildirib ki, hazırda həmin uşaqlar axtarılır: “Araşdırma aparılır. Uşaqlar tapılaraq aidiyyəti üzrə təhvil veriləcək”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyi də mövzu ilə bağlı araşdırma aparıldığını bildirib.

***

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "Qafqazinfo"ya bildirib ki, uşaqlar polis əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində tapılıb: "Hazırda onların aidiyyəti üzrə təhvil verilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.