DİN-dən bölmədə ölən şəxslə bağlı - Açıqlama

din-den-bolmede-olen-sexsle-bagli-
Oxunma sayı: 1856

Daxili İşlər Nazirliyi polis bölməsində ölən şəxslə bağlı məlumat yayıb. "Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, mayın 12-də Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Əli Rüstəmzadə Xəzər RPİ-nin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək mayın 11-də qəsəbə ərazisində Zaur adlı şəxsin bir neçə nəfərlə birgə onu, həmyerliləri Afəddin Hüseynovu və qardaşı Elməddini xuliqanlıq zəminində döyməsini bildirib.

Araşdırma ilə əlaqədar 1-ci Polis Bölməsinə dəvət olunmuş qəsəbə sakini Zaur Sultanov PB-nin həyətindəki oturacaqda infarktdan ölüb.

Mərhumun dayısı Əlihüseyn Zeynalov izahatında Z.Sultanovun ürək xəstəliyindən əziyyət çəkməsini bildirib.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.