DİN-dən dava edən şagirdlərlə bağlı açıqlama

din-den-dava-eden-sagirdlerle-bagli-aciqlama
Oxunma sayı: 3260

Daxili İşlər Nazirliyi ötən gün Xətai rayonunda yerləşən 116 saylı məktəbin yaxınlığında məktəblilər arasındaki kütləvi dava haqda açıqlama verib.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə barədə aparılan araşdırma yekunlaşıb: “Müəyyən olundu ki, orta məktəbin şagirdləri arasında mübahisə olub. Həmin şagirdlərlə fərdi profilaktiki söhbət aparılıb, zərərçəkən və şikayətçi yoxdur. Mübahisədə kriminal tərkib aşkar edilməyib”.

Həmçinin oxuyun: Bakıda məktəblilər arasında kütləvi dava - Video