DİN-dən “Əli və Nino”dakı oğurluq haqda - - Açıqlama

din-den-eli-ve-ninodaki-ogurluq-haqda-
Oxunma sayı: 1727


“Qafqazinfo”nun verdiyi xəbərə görə, martın 4-də saat 04 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Rafəddin Nuruluya məxsus mağazadan pəncərədən girmək yolu ilə oğurluğa cəhd göstərən Sabirabad rayon sakini Şəhruz Xəlilov Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulub və 22-ci PB-yə təhvil verilib.

Ş.Xəlilovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmən gün saat 03 radələrində Bakı şəhər sakini Səbinə Məşədiyevaya məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə  170 manat oğurlaması da müəyyən edilib.

Murad Əhməd