DİN-dən görüntüləri yayılan uşaqlarla bağlı - Açıqlama+Video

din-den-goruntuleri-yayilan-usaqlarla-bagli
Oxunma sayı: 8574

Sosial şəbəkələrdə Naxçıvan MR Babək rayonu Nehrəm kəndində azyaşlılardan ibarət dini mərasimi əks etdirən görüntülər araşdırılıb. 

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, həmin mərasimdə iştirak edən azyaşlıların valideynləri polis əməkdaşları tərəfindən müəyyən olunaraq barələrində məsuliyyət tədbirləri görülüb. 

“İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək vətəndaşlarımızdan tədbirləri anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq” - DİN-in açıqlamasında qeyd olunur.