"Qafqazinfo" xəbər verir ki, yanvarın 9-da saat 9 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsinin ərazisində qəsəbə sakini Rafiq Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobili kanala aşırıb. R.Məmmədovun sərnişini - bacısı Pərvanə Məmmədova hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Rafiq Məmmədov İTV-nin, mərhum bacısı isə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı olub.
Son xəbərlər
Son Xəbərlər