DİN-dən polisin kuriyeri tutacağı ilə bağlı iddialara cavab

din-den-polisin-kuriyeri-tutacagi-ile-bagli-iddialara-cavab
Oxunma sayı: 5940

Kuriyerlik fəaliyyəti ilə məşğul olan vətəndaş Orxan Zeynalov ötən gündən sosial şəbəkələrdə polis tərəfindən təqib olunduğu və saxlanılacağı ilə bağlı məlumatlar yayıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı “Qafqazinfo”ya bildirib ki, bu iddialar yalandır, yazılanlar şəxsi mülahizələrdir və O.Zeynalov üzərindən təşkil olunub qurulan kampaniyadır.

Onunla bağlı DİN-in qurumları tərəfindən barəsində hər hansı müraciət araşdırılmır, icraat tədbiri yoxdur, saxlanılması nəzərdə tutulmayıb.