DİN-dən saçını boyadığına görə bıçaqlandığını deyən şəxslə bağlı - Açıqlama

din-den-sacini-boyadigina-gore-bicaqlandigini-deyen-sexsle-bagli
Oxunma sayı: 5039

Bakı şəhər sakini Abbasxan Hümbətov tanımadığı 2 nəfər tərəfindən bıçaqlandığını iddia edir.

“Qafqazinfo” xəbər verir ki, o, saçını mavi rəngə boyadığına görə tanımadığı şəxslər tərəfindən iyunun 29-da Qaraçuxur qəsəbəsində bıçaqlandığını bildirib. A. Hümbətov bu barədə sosial şəbəkələrdə məlumat yayıb. 

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, adıçəkilən şəxs polisə müraciət etməyib: “Həmin şəxs DİN-in 102 xidmətinə və ya polisə heç bir müraciət etməyib. Buna baxmayaraq, sosial şəbəkələrdə yazılan mövzu ilə bağlı Bakı şəhər Baş Polis idarəsi tərəfindən araşdırma aparılır.

Bu gün ona zəng edilib və polis idarəsinə dəvət edilib. Dəvət etdik ki, gəlsin, hadisə barədə ətraflı məlumat versin. İzahat vermək üçün gələcəyini bildirsə də, sonradan telefonunu söndürüb”.